Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı
"Report"un xəbərinə görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası 2019-cu ilin yanvar ayının 10-na təyin edilib.
Qeyd edək ki, M.Şəmsiyev Xəlil Rza Ulutürkün yubileyi münasibətilə onun kitabını nəşr etdirəcəyini deyərək həyat yoldaşı Firəngiz Ulutürkə qarşı, təxminən, 4 min manat məbləğində dələduzluq edib. İş üzə daha bir neçə nəfərə qarşı dələduzluq edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Şəmsiyev 9 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.