Azərbaycanın beynəlxalq axtarışa verdiyi Belarus vətəndaşı Polşada tutulub

Azərbaycanın beynəlxalq axtarışa verdiyi Belarus vətəndaşı Polşada tutulub Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir
Hadisə
28 Sentyabr , 2018 17:58
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Belarus vətəndaşı Polşada tutulub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Polşada tutulub.

“Report” xəbər verir ki, Azərbaycan Vergilər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 213-cü (Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə beynəlxalq axtarışa verilən Belarus vətəndaşı Pavel Korolçil Varşava şəhərində saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.

Son xəbərlər

Orphus sistemi