Azərbaycanın beynəlxalq axtarışa verdiyi Belarus vətəndaşı Polşada tutulub

Hadisə
  • 28 sentyabr, 2018
  • 13:58
Azərbaycanın beynəlxalq axtarışa verdiyi Belarus vətəndaşı Polşada tutulub

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Polşada tutulub.

“Report” xəbər verir ki, Azərbaycan Vergilər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 213-cü (Vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddəsi ilə beynəlxalq axtarışa verilən Belarus vətəndaşı Pavel Korolçil Varşava şəhərində saxlanılıb.

Onun Azərbaycana ekstradisiyası üçün tədbirlər davam etdirilir.