3 121 borclu şəxsin Azərbaycandan getmək hüququ məhdudlaşdırılıb

3 121 borclu şəxsin Azərbaycandan getmək hüququ məhdudlaşdırılıb İcra işlərinin sayı 300 minə çatıb
Hadisə
29 Yanvar , 2015 10:40
3 121 borclu şəxsin Azərbaycandan getmək hüququ məhdudlaşdırılıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Ötən il Azərbaycanda icra işlərinin sayının kəskin artaraq təxminən 300 minə çatmasına baxmayaraq, görülmüş tədbirlər nəticəsində onların 70 faizinin icrası təmin edilib, qalanları üzrə isə işlər davam etdirilir.

“Report”un xəbərinə görə, bu barədə ədliyyə nazirinin müavini Vilayət Zahirov məlumat verib.

Bu zaman məhkəmə qərarlarının icrasına maneçilik törədən, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 3 406 borclu şəxs inzibati məsuliyyətə cəlb olunub, həmçinin 204-ü barəsində cinayət işi başlanılıb, 3 121 borclu şəxsin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra edən 930 şəxs barəsində belə məhdudiyyət götürülüb. İcra sənədlərinin icrası nəticəsində hüquqi və fiziki şəxslərə ödənilən vəsaitin məbləği artaraq ötən ildə 113 milyon manatdan çox təşkil edib.

Son xəbərlər

Orphus sistemi