Yuxarı

Azərbaycanda yaşyarımlıq körpə yanaraq ölüb - FOTO - VİDEO

​Faktla bağlı araşdırma aparılır

Bakı. 20 noyabr. REPORT. AZ / Cəlilabad rayonunda yaşayış evində baş verən yanğında azyaşlı uşaq yanaraq ölüb.
"Report"un xəbərinə görə, hadisə rayonun Əliqasımlı kəndində Nurəddin Abiyevə məxsus fərdi yaşayış evində baş verib. Ümumi sahəsi 108 kv metr olan bir mətbəx, iki otaqdan ibarət evin otaqlarından birində başlayan yanğın qısa müddətdə genişlənməyə başlayıb. Yanğın zamanı otaqda yatmış yaşyarımlıq Xəzər Abiyev yanaraq faciəvi şəkildə dünyasını dəyişib

Hadisə yerinə gələn yanğınsöndürənlər alovun digər otaqlara keçməsinin qarşısını ala biliblər. Lakin evin 20 kv metr sahəsi içindəki əşyalarla birlikdə yanaraq yararsız hala düşüb. 

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi