Yuxarı
    Bağlamaq

    Azərbaycanda universitet müəllimi iki qız tələbəni avtomobillə vurub - FOTO

    Hadisəni törədən şəxs deputat Hüseynbala Mirələmovun qohumudur

    Bakı. 15 dekabr. REPORT.AZ/ Lənkəran Dövlət Universitetinin (LDU) müəllimi Tükəzban Cahangirova idarə etdiyi avtomobillə LDU-nun iki tələbəsini vurub. “Report”un xəbərinə görə, hadisə universitetin tədris korpusunun qarşısında baş verib.

    Şahidlərin bildirdiyinə görə, qulaqcıqdan istifadə edən qızlar nəqliyyat vasitəsini görməyiblər. Hər iki tələbə xəstəxanaya aparılıb. Onların ciddi xəsarət almadığı bildirilir.

    Faktla bağlı Dövlət Yol Polisi İdarəsində (DYPİ) araşdırma aparılır.

    Qeyd edək ki, hadisəni törədən pedaqogika üzrə fəlsəfə doktoru, şair-publisist Tükəzban Cahangirova deputat Hüseynbala Mirələmovun qohumudur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi