Qaradağda zəncirvari qəza baş verib: 1 nəfər ölüb

Qaradağda zəncirvari qəza baş verib: 1 nəfər ölüb Biri sərnişin avtobusu olmaqla üç avtomobil toqquşub
Hadisə
10 Yanvar , 2015 09:35
Qaradağda zəncirvari qəza baş verib: 1 nəfər ölüb

Bakı. 10 yanvar. REPORT.AZ/ Qaradağ rayonu ərazisində zəncirvari qəza baş verib. "Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, “Daewoo” və “Mercedes” markalı minik avtomobilləri və “Daewoo” markalı sərnişin avtobusu toqquşub. Nəticədə “Daewo” markalı minik avtomobili ağır deformasiyaya uğrayıb. 

Deformasiyaya uğrayan avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Saleh Məmmədbağır oğlu Şükürovun cəsədi avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Son xəbərlər

Orphus sistemi