Azərbaycanda vətəndaşlar turizm şirkətini dələduzluqda ittiham edir

Azərbaycanda vətəndaşlar turizm şirkətini dələduzluqda ittiham edir “Avangard Travel” şirkətinin vətəndaşlara dələduzluq etdiyi iddia olunur.
Hadisə
28 Avqust , 2020 10:36
Azərbaycanda vətəndaşlar turizm şirkətini dələduzluqda ittiham edir

“Avangard Travel” şirkətinin vətəndaşlara dələduzluq etdiyi iddia olunur.

“Report” xəbər verir ki, bu barədə Baş Prokurorluğun “Instagram” səhifəsində aparılan sual-cavab sessiyasında vətəndaş Azad Cəlilov qeyd edib.

O bildirib ki, 2019-cu ildə Nərimanov Rayon Prokurorluğuna “Avangard Travel” şirkətinin təsisçisi Ədalət Nağıyev və şirkətin direktoru Yeganə Nağıyeva barəsində şikayətlə müraciət edib:

“Hər iki şəxs həmin vaxt mən və digərlərinə yalan vədlər verib, etibardan sui-istifadə edərək pullarımızı mənimsəyib. Ədalət Nağıyev və Yeganə Nağıyeva cinayət məsuliyyətinə cəlb olunmayıb. Daha sonra həmin şəxslər “Ayna Travel” şirkəti yaradıb. Sadəcə bu şirkətin direktoru dəyişib və yenə insanlara ziyan vurmaqda davam edirlər”.

Baş Prokurorluğun “Instagram” səhifəsinə yazan digər vətəndaşlar da qeyd edib ki, “Avangard Travel” şirkəti onların pullarını dələduzluq yolu ilə mənimsəyib.

Baş Prokurorluğun nümayəndəsi onlara cavab olaraq bildirib ki, A.Cəlilov və digərlərinin müraciətləri qeydiyyata alınıb və aidiyyəti idarəyə təqdim ediləcək: “Bu barədə sizə rəsmi məlumat veriləcək”.

Son xəbərlər

Orphus sistemi