Azərbaycanda terrora cəhd edən erməni diversantın məhkəməsində zərərçəkən qismində biznesmen dindirilib - FOTO - VİDEO - YENİLƏNİB-3

Azərbaycanda terrora cəhd edən erməni diversantın məhkəməsində zərərçəkən qismində biznesmen dindirilib - FOTO - VİDEO - YENİLƏNİB-3 Gəncə. 20 noyabr. REPORT.AZ/ Məhkəmə iclasında zərərçəkmiş Hadiyev Nazim Teymur oğlu tutulan şəxsi tanımadığını bildirib: Mən onu tanımıram. Sonradan eşitdim ki, hazırda sahibi olduğum bazarda partlayış etmək istəyib. Bu bazar sovet dövründə Qazax rayonunda mərkəzi bazar kimi fəaliyyət göstərib. Hazırda orada 44 obyekt var və hər gün səhər saat 05.00-dan 18.00-a qədər fəaliyyət göstərir. Mərkəzi küçədə olan bazarda 250 nəfərə yaxın şəxs satışla məşğuldur. Oraya gündəlik 1000 nəfərdən çox alıcı gəlir. Əgər orada terror aktı törədilsəydi, xeyli sayda insan həlak olar, külli miqdarda maddi ziyan da dəyərdi. Ona görə xahiş edirəm ki, bu terrorçuya layiq olduğu cəzanı verərdiniz.
Hadisə
20 Noyabr , 2018 15:46
Azərbaycanda terrora cəhd edən erməni diversantın məhkəməsində zərərçəkən qismində biznesmen dindirilib - FOTO - VİDEO - YENİLƏNİB-3
Report

Gəncə. 20 noyabr. REPORT.AZ/ Məhkəmə iclasında zərərçəkmiş Hadiyev Nazim Teymur oğlu tutulan şəxsi tanımadığını bildirib: "Mən onu tanımıram. Sonradan eşitdim ki, hazırda sahibi olduğum bazarda partlayış etmək istəyib. Bu bazar sovet dövründə Qazax rayonunda mərkəzi bazar kimi fəaliyyət göstərib. Hazırda orada 44 obyekt var və hər gün səhər saat 05.00-dan 18.00-a qədər fəaliyyət göstərir. Mərkəzi küçədə olan bazarda 250 nəfərə yaxın şəxs satışla məşğuldur. Oraya gündəlik 1000 nəfərdən çox alıcı gəlir. Əgər orada terror aktı törədilsəydi, xeyli sayda insan həlak olar, külli miqdarda maddi ziyan da dəyərdi. Ona görə xahiş edirəm ki, bu terrorçuya layiq olduğu cəzanı verərdiniz".

N.Hadiyev dindirmə zamanı onu da bildirib ki, həmin bazar sovetlər dövründə ermənilərin daha çox gəldiyi məkanlardan olub: “Onlar oranı yaxşı tanıdıqlarından partlayış törətmək üçün əlverişli məkan sayıblar”.

Kazaryan Karenin vəkili Eldar Əbilov zərərçəkmişə sualla müraciət edərək ona nə zərər dəydiyini soruşub.

Zərərçəkmiş şəxs isə bildirib ki, əgər partlayış hadisəsi olardısa, ona böyük ziyan dəyəcəkdi.

Dindirilən Kazaryan Karen Armeni zərərçəkmiş şəxsi tanımadığını bildirib.

Qeyd edək ki, məhkəmə iclası noyabrın 27-də davam etdiriləcək.


*** 15:27

Gəncə. 20 noyabr. REPORT.AZ/ Azərbaycanda terror aktı törətməyə cəhd göstərən erməni diversantın məhkəmə prosesi təxirə salınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Kəramət Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Nazim Hadiyev dindirilib. Daha sonra hakimin qərarı ilə məhkəmə proses 27 noyabr tarixinə təyin edilib.


*** 12:50

Video əlavə edilib


*** 12:11

Gəncə. 20 noyabr. REPORT.AZ/ Gəncə Ağır Cinayətlər Məhkəməsində erməni diversant Karen Armeni Kazaryanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

"Report"un Qərb bürosunun məlumatına görə, prosesə hakim Kəramət Əliyev sədrlik edir.

Erməni diversant Karen Armeni Kazaryan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin həyat və sağlamlıq əleyhinə olan cinayətlər (120-143) - 120.2.12; 120.2.7; 120.2.11; 120.2.5; 120.2.1; İqtisadi fəaliyyət sahəsində olan cinayətlər (190-213) - 206.3.2; İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər (214-233) - 214.2.1; 228.1; 214-3.1; 214.2.3; Dövlətin Konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayətlər (274-285) - 282.1; 276; İdarəetmə qaydası əleyhinə olan cinayətlərdə (315-326) - 318.2 təqsirli bilinir.

Son xəbərlər

Orphus sistemi