Azərbaycanda tanınmış sığorta şirkəti bankı məhkəməyə verib

Azərbaycanda tanınmış sığorta şirkəti bankı məhkəməyə verib Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır
Hadisə
6 Yanvar , 2018 16:41
Azərbaycanda tanınmış sığorta şirkəti bankı məhkəməyə verib

Bakı. 6 yanvar. REPORT.AZ/ “Atasığorta” ASC “Muğanbank” ASC-ni məhkəməyə verib.

"Report"un məlumatına görə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən sığorta şirkəti pul vəsaitinin cavabdehdən tutulması barədə tələb irəli sürüb.

Məhkəmə iddianın təmin tədbiri barədə iddiaçının ərizəsini təmin edərək qərardad çıxarıb.

Qərardaddan narazı qalan bank apellyasiya şikayəti verib. Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Son xəbərlər

Orphus sistemi