Azərbaycanda spirtli içki istehsal edən şirkət cərimələndi

Azərbaycanda spirtli içki istehsal edən şirkət cərimələndi Azərbaycanda spirtli içki istehsal edən “Kristall Plus” Qapalı Səhmdar Cəmiyyəti inzibati qaydada cərimə edilib.
Hadisə
13 Fevral , 2020 14:51
Azərbaycanda spirtli içki istehsal edən şirkət cərimələndi

Azərbaycanda spirtli içki istehsal edən “Kristall Plus” Qapalı Səhmdar Cəmiyyəti inzibati qaydada cərimə edilib.

"Report"un xəbərinə görə, Binəqədi Rayon Məhkəməsi valyuta tənzimi qaydalarını pozduğuna görə, şirkətin 90 569 Rusiya rublu (təxminən, 2500 manat) miqdarında inzibati qaydada cərimə olunması barədə qərar çıxarıb.

“Kristall Plus” QSC İnzibati Xətalar Məcəlləsinin (İXM) 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilinib.

Qərardan şirkət tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, əsası 2004-cü ildə qoyulan "Kristall Plus” QSC Azərbaycanda, eləcə də onun sərhədlərindən kənarda konyakın, eyni zamanda, tünd və sərt içkilərin istehsalı, qablaşdırılması və satışını həyata keçirir.

Hazırda zavod "ProbaGold", "Medovaya", "ProbaSilver", "Zubrovka", "Starka", "Zernovaya", "Kubanskaya" kimi tünd, eləcə də "Oxota", Konyak 3* kimi müxtəlif məhsullar istehsal edir.

Son xəbərlər

Orphus sistemi