Yuxarı

Astarada qəzaya düşən mikroavtobusda ölən və yaralananların adları məlum olub - FOTO - TAM SİYAHI - YENİLƏNİB-3

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib

Bakı. 13 may. REPORT.AZ/ Ələt-Astara magistral yolunun 220-ci kilometrliyində, Astaranın Çayoba kəndi ərzasində qəzaya düşən mikroavtobusda ölən və yaralananların adları məlum olub. "Report"un məlumatına görə, ölənlər - rayonun Ərçivan kənd sakinləri  1970-ci il təvəllüdlü Yeganə Sabir qızı Əliyeva və 1981-ci il təvəllüdlü Ramin Salam oğlu Quliyev, yaralananlar - Ərçivan kənd sakinləri 1992-ci il təvəllüdlü Tural Əsədli, 1992-ci il təvəllüdlü Elnarə Quliyeva, 2003-cü il təvəllüdlü Maral Fərhadova, 1965-ci il təvəllüdlü Pərinisə Baxşıyeva, Qəcimardə kənd sakini 1961-ci il təvəllüdlü Xudaşirin Əliyev, Çayoba kənd sakini 1957-ci il təvəllüdlü Məhərrəm Əliyev, Şiyəkəran kənd sakini 1959-cu il təvəllüdlü Nəzmiyyə Əliyeva, Astara şəhər sakini 1961-ci il təvəllüdlü Gülzar Camalova, Maşxan kənd sakini 1963-cü il təvəllüdlü Malik Salmanov.

Qeyd edək ki, "Shacman" markalı yük maşının sürücüsü hadisə yerindən qaçıb. Sürücünün tapılması və istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.


***11:17

Astarda qəzaya düşən mikroavtobusda yaralananlardan 5 nəfərinin adı məlum olub. "Report"un məlumatına görə, bunlar Tural Əsədli, Xudaşirin Əliyev, Elnarə Quliyeva, Nəzmiyyə Əliyeva və Məhərrəm Əliyevdir.

***11:04

Astarada qəzaya düşən sərnişin mikroavtobusunda 15 nəfər sərnişin olub. "Report"un məlumatına görə, Lənkəran-Astara mərşurut xətti üzrə sərnişindaşınma fəaliyyəti ilə məşğul olan Qabil Adil oğlu Əliyevin idarə etdiyi 90 MJ 647 dövlət qeydiyyat nömrə nişanlı "Ford" markalı mikroavtobus "Ray"construction şirkətinə məxsus  90 JS 588 dövlət qeydiyyat nömrə nişanlı "Shacman" markalı yük maşını ilə toqquşub. Nəticədə üç nəfər ölüb, 7 nəfər yaralanıb.

*** 10:28

 Astara rayonunda sərnişin mikroavtobusu "Shacman" markalı yük maşını ilə toqquşub.

"Report"un məlumatına görə, hadisə Ələt-Astara magistralının Astara rayonu Çayoba kəndi ərazisində qeydə alınıb.

Astara rayonundan Lənkəran şəhəri istiqamətində hərəkətdə olan sərnişin mikroavtobusunun yük maşını ilə toqquşması nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi