Yuxarı

​Azərbaycanda qadın piyadaları vurub qaçan sürücülər həbs edilib

Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır

Bakı. 27 dekabr. REPORT.AZ/ Azərbaycanda qadın piyadaları vurub hadisə yerindən qaçan sürücülər həbs edilib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də Hacıqabul rayonu ərazisində Zibeydə Rüstəmovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “KamAZ” markalı avtomobilin sürücüsü Natiq Hüseynov saxlanılıb.

BDYPİ əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 22-də Qaradağ rayonu ərazisində Nigar Həşimovanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədən “Ford-Transit” markalı avtomobilin sürücüsü, Hacıqabul şəhər sakini Nizami Məmmədov saxlanılıb.

Hər iki hadisə ilə bağlı araşdırmalar aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi