Azərbaycanda polis rəisi işdən çıxarılıb

Azərbaycanda polis rəisi işdən çıxarılıb Beyləqan. 4 mart. REPORT.AZ/ Xocavənd rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilib.
Hadisə
4 Mart , 2019 19:16
Azərbaycanda polis rəisi işdən çıxarılıb

Beyləqan. 4 mart. REPORT.AZ/ Xocavənd rayon Polis şöbəsinin rəisi vəzifəsindən azad edilib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xocavənd rayon Polis şöbəsinin rəisi, polis polkovnik-leytenantı Yadigar Hüsən oğlu Hüseynov tutduğu vəzifədən azad edilib.

Onun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, Y.Hüseynov bu vəzifəyə 2015-ci ildə təyin olunmuşdu. 

Son xəbərlər

Orphus sistemi