Azərbaycanda pandemiya dövründə qeydə alınan zəlzələlərin sayı açıqlandı

Azərbaycanda pandemiya dövründə qeydə alınan zəlzələlərin sayı açıqlandı “Pandemiya dövründə seysmik stansiyalar vasitəsi ilə 1 751 yeraltı təkan qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 1195 zəlzələ baş verib. Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası ml≥3 10 zəlzələ qeydə alnıb və həmin zəlzələlərin 4-ü hiss olunan olub.
Hadisə
21 May , 2020 13:56
Azərbaycanda pandemiya dövründə qeydə alınan zəlzələlərin sayı açıqlandı

“Pandemiya dövründə seysmik stansiyalar vasitəsi ilə 1 751 yeraltı təkan qeydə alınıb. Azərbaycan və ona bitişik ərazilərdə 1195 zəlzələ baş verib. Azərbaycan və ona bitişik ərazilərdə maqnitudası ml≥3 10 zəlzələ qeydə alnıb və həmin zəlzələlərin 4-ü hiss olunan olub". 

"Report" xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli pandemiya dövründə mərkəzdə aparılan tədqiqat işləri haqqında açıqlamasında belə deyib. 

"Pandemiya dövrü ərzində Böyük Qafqazın cənub-şərq hissəsində (Oğuz-Qəbələ, Şamaxı, Siyəzən, Quba ərazilərində) seysmik aktivliyin artımı qeydə alınıb. Talış dağlıq zonasında, Samux ərazisində aktivlik fon səviyyəsindən yüksək olub. Xəzər akvatoriyasında seysmiklik fon səviyyəsində olub. İran-Türkiyə sərhəddində baş vermiş güclü təkandan sonra afterşoklar davam edir. Seysmikliyin fon səviyyəsindən yüksək olması müşahidə olunur”, - deyə Q.Yetirmişli vurğulayıb.

Baş direktorun sözlərinə görə, hazırda mərkəzin 40 seysmik stansiyalar şəbəkəsi vasitəsilə yerli, yaxın, uzaq zəlzələlər, vulkanlar, sürüşmələr, partlayışlar emal edilir: "Emal olunan məlumatlar əsasında ayrı-ayrılıqda kataloqlar tərtib olunur. Bu kataloqlarda zəlzələ ocaqlarının parametrləri (Tₒ , φ, λ, h və ml) göstərilir. Eləcə də, emal olunan məlumatlar məlumat bazasına toplanır və arxivləşdirilir. Kataloq əsasında Azərbaycan və ona bitişik ərazilərdə seysmikliyin analizi aparılır. Həmçinin büro tərəfindən maqnitudası ml≥3.0 olan zəlzələlər aidiyyatı olan orqanlara göndərilir. Maqnitudası 3 və 3 -dən yuxarı olan zəlzələlər haqqında məlumatlar, həmçinin Azərbaycana bitişik ərazilərdə baş verən və bizim sərhədyanı bölgələrdə hiss olunan zəlzələlər haqqında məlumatlar mütəmadi olaraq mərkəzin www.seismology.az saytında yerləşdirilir. Maqnitudası ml≥2.0 olan zəlzələlər bülleten formatında Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi saytına göndərilir". 

Son xəbərlər

Orphus sistemi