Azərbaycanda məhkəmə hakimi dünyasını dəyişib

Azərbaycanda məhkəmə hakimi dünyasını dəyişib Bu barədə Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqı sədri Ələddin Cəfərov məlumat verib
Hadisə
4 Mart , 2017 10:37
Azərbaycanda məhkəmə hakimi dünyasını dəyişib

Bakı. 4 mart. REPORT.AZ Azərbaycanda məhkəmə hakimi dünyasını dəyişib.

"Report"un məlumatına görə, bu barədə Yasamal Rayon Məhkəməsinin sədri Ələddin Cəfərov Azərbaycan Məhkəmə Hakimləri Assosiasiyaları İttifaqının ümumi yığıncağında bildirib.

Onun sözlərinə görə, Goranboy Rayon Məhkəməsinin hakimi Şirzad Hüseynov ötən gün vəfat edib.

Qeyd edək ki, Ş.Hüseynov 1956-cı ildə anadan olub. O, 1995 - 2000-ci ildə Tovuz Rayon Məhkəməsində 2000 - 2007-ci ildə Samux Rayon Məhkəməsində 2007 - 2008-ci ildə Ağstafa Rayon Məhkəməsində hakim işləyib. O, 2008 - 2013-ci illərdə Ağstafa Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb. Ş.Hüseynov 2013-cü ildən isə Goranboy Rayon Məhkəməsində hakim işləyib.

Son xəbərlər

Orphus sistemi