Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda keçmiş deputatlığa namizəd evində baş verən partlayış nəticəsində ölüb

    İlkin ehtimala görə, partlayışa səbəb vanna otağında qaz sızması olub

    Bakı. 29 dekabr. REPORT.AZ/ Lənkəran şəhərində partlayış baş verib. "Report"un məlumatına görə, hadisə şəhərin Hənifə Abdullayev 4 ünvanında qeydə alınıb. Hadisə zamanı yaralanmış 51 yaşlı Elçin Məmmədağa oğlu Şirməmmədov Lənkəran Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.

    Yaralıya bədənin bütün səthinin ikinci dərəcəli termiki yanığı diaqnozu qoyulub və vəziyyəti ağır olduğundan Bakı şəhərinə göndərilib. E.Şirməmmədov Bakıdakı xəstəxanada iki gündən sonra dünyasını dəyişib. İlkin ehtimala görə, partlayışa səbəb vanna otağında qaz sızması olub.

    Qeyd edək ki, E.Şirməmmədov bu il keçirilən parlament seçkilərində 73 saylı Lənkəran Şəhər Seçki Dairəsindən deputatlığa namizəd olub. Xatırladaq ki, həmin dairədə Rüfət Quliyev qalib gələrək deputat seçilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi