​Azərbaycanda işlədiyi şirkətin 271 min manatını mənimsəyən menecerə hökm oxunub

​Azərbaycanda işlədiyi şirkətin 271 min manatını mənimsəyən menecerə hökm oxunub O, 9 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
24 Noyabr , 2015 12:59
​Azərbaycanda işlədiyi şirkətin 271 min manatını mənimsəyən menecerə hökm oxunub

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən Əlizamin Cəfərovun cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror təqsirləndirilən şəxsin 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Daha sonra məhkəmə Ə.Cəfərova sön söz verib. O, özünü mənimsəmədə təqsirli bilməyib: "Mən Fəxrəddin Sultanovun hiyləgərliyinin qurbanı olmuşam. İlkin istintaq zamanı üzləşmə düzgün aparılmadı. Özümü mənimsəmədə təqsirkar hesab etmirəm. Məhkəmə heyətindən mənə bəraət verilməsini xahiş edirəm".

Məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirə otağından qayıdan hakimlər hökm oxuyub. Məhkəmənin hökmü ilə Ə.Cəfərov 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Ə.Cəfərov 2009-cu ildən "Araz" Açıq Səhmdar Cəmiyyətinin (ASC) satış meneceri vəzifəsində çalışıb. O, şirkətin 271 402 manat dəyərində malını mağazalara sataraq, pulunu mənimsəkdə günahlandırılır. Ə.Cəfərov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilib.

Son xəbərlər

Orphus sistemi