Azərbaycanda iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başa çatıb

Azərbaycanda iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başa çatıb Hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub
Hadisə
26 Aprel , 2017 11:28
Azərbaycanda iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başa çatıb

Bakı. 26 aprel. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində "Holcim" (Azərbaycan) ASC-nin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

“Report”un məlumatına görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, "Holcim" (Azərbaycan) ASC-nin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərardad dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, "Holcim" (Azərbaycan) ASC “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-ni məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddia ərizəsini geri qaytarıb. Qərardaddan narazı qalan "Holcim" (Azərbaycan) ASC apellyasiya şikayəti verib.

Xatırladaq ki, "Holcim" (Azərbaycan) ASC dünyanın aparıcı sement təchizatçılarından olan "Holcim Qrup"unun bir hissəsi olaraq, ölkədə klinker və sement istehsal edən qabaqcıl müəssisələrdən sayılır.

Son xəbərlər

Orphus sistemi