Yuxarı

​Azərbaycanda iki nəfər kimyəvi məhluldan zəhərlənib: 1 ölü

Hər iki faktla bağlı araşdırma aparılır

Bakı. 8 avqust. REPORT.AZ/ Xəzər rayonunun Türkan qəsəbə sakini Gülər Hacıyeva yaşadığı evdə ehtiyatsızlıqdan kimyəvi məhlul içərək ölüb. “Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Daşkəsən rayonunun Dəstəfur kənd sakini 5 yaşlı Mətləb Abbasov isə yaşadığı evdə kimyəvi məhluldan zəhərlənib. O, xəstəxanaya aparılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi