Azərbaycanda II qrup əlil avtomobil qəzasından xəsarət almadan çıxıb - FOTO
Hadisə
- 08 oktyabr, 2015
- 09:31
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 8 oktyabr. REPORT.AZ/ Azərbaycanda II qrup əlil avtomobil qəzasından xəsarət almadan çıxıb. "Report"un xəbərinə görə, hadisə Qax rayonunun Fıstıqlı kəndində baş verib.
Belə ki, rayonun Güllük kənd sakini, 1979-cu il təvəllüdlü anadangəlmə yerimə qüsurlu Mənəfov Xalid Şıxəhməd oğlu idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Fıstıqlı kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Avtomobil yolun kənarındakı kanala aşıb.
Avtomobildə tüstülənmə olduğundan hadisə yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub və yanğının qarşısı alınıb.
Qeyd edək ki, Xalid Mənəfov maşının şüşəsini sındıraraq özünü xilas edib. O, avtomobildə tək olub.
Son xəbərlər
13:43
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
Xarici siyasət
13:35
Foto
Azərbaycanın enerji təcrübəsi Özbəkistana ötürülür
Energetika
13:29
Azərbaycan idmançısı Maks Leleu: "Almatıda qazanılan nəticəni inkişaf bünövrəsi kimi istifadə edəcəyik"
Fərdi
13:26
Kiyev Uitkoff və Kuşnerə Brüsseldə danışıqlar aparmağı təklif edib
Digər ölkələr
13:26
IEA: Azərbaycan sentyabrda "OPEC+" kvotasından gündəlik 110 min barel geri qalıb
Energetika
13:10
Foto
Bakıdakı sumo üzrə dünya çempionatı öncəsi antidopinq vebinarları keçirilib
Fərdi
13:10
EMTA rəsmisi: "Tarif məsələsində manipulyasiyaların qarşısının alınması mühüm əhəmiyyət kəsb edir"
Energetika
13:09
"Discover the World" Belçika və Niderlandda "Azərbaycan Hava Yolları"nın rəsmi nümayəndəsi təyin edilib
İnfrastruktur
13:08
Foto
Şura: İranın "Səhər" kanalı Türkiyədəki görüntüləri Azərbaycanla əlaqələndirərək ictimai rəyi çaşdırır
Media