Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının ölkəsinə ekstradisiya olunması barədə qərar çıxarılıb

Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının ölkəsinə ekstradisiya olunması barədə qərar çıxarılıb Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Koner Ergünün öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun təqdimatı üzrə məhkəmə iclası keçirilib.
Hadisə
14 Sentyabr , 2018 12:36
Azərbaycanda həbs edilən Türkiyə vətəndaşının ölkəsinə ekstradisiya olunması barədə qərar çıxarılıb

Bakı. 14 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Türkiyədə axtarışda olan Koner Ergünün öz ölkəsinə təhvil verilməsi barədə Azərbaycan Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun təqdimatı üzrə məhkəmə iclası keçirilib.

"Report"un məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Ədliyyə Nazirliyi və Baş Prokurorluğunun əməkdaşları K.Ergünün ölkəsinə ekstadisiya edilməsni istəyib.

K.Ergün də öz ölkəsinə ekstradisiya olunmasını tələb edib.

Məhkəmə Türkiyə vətəndaşının ölkəsinə verilməsi barədə qərar çıxarıb.

Qeyd edək ki, K.Ergün hədə-qorxu ilə tələb etmə ittihamı ilə ölkəsində axtarışda olub. Daha sonra o, Azərbaycanda həbs edilib.

Son xəbərlər

Orphus sistemi