Azərbaycanda gömrük nəzarətindən gizlədilmiş 28,4 min ədəd siqaret aşkar edilib

Azərbaycanda gömrük nəzarətindən gizlədilmiş 28,4 min ədəd siqaret aşkar edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
31 Yanvar , 2017 12:00
Azərbaycanda gömrük nəzarətindən gizlədilmiş 28,4 min ədəd siqaret aşkar edilib

Bakı. 31 yanvar. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Biləsuvar Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumata əsasən, idarənin "Qoşa Təpə" gömrük postunda İran ərazisindən tranzit keçməklə Naxçıvan MR-dan Azərbaycana gələn ölkə vətəndaşının idarə etdiyi "Mersedes Actros" markalı yük avtomobili əsaslı şəkildə yoxlanılıb. 

Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, yoxlamadan öncə vətəndaş idarə etdiyi yük avtomobilində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası hər hansı predmetin olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında, avtomobildə gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə bəyan olunası heç bir predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı avtomobilin qoşqusu ilə dartıcının birləşdiyi yerdə - qoşqunun altındakı boşluqdan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markasıyla markalanmamış 28,4 min ədəd "Manchester" markalı siqaret aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi