Azərbaycanda canavarlar kəndə hücum edib

Azərbaycanda canavarlar kəndə hücum edib Hadisə gecə saatlarında baş verib.
Hadisə
16 İyul , 2017 19:27
Azərbaycanda canavarlar kəndə hücum edib

Ağdaş.16 iyul.REPORT.AZ / Ağdaş rayonunun Ağzıbir kəndi canavarların hücumuna məruz qalıb. 

"Report"un Şirvan bürosu xəbər verir ki, canavarlar gecə saatlarında kənd sakini Taleh Firiddun oğlu İsmayılovun həyətinə daxil olaraq mal-qaraya hücum ediblər. Səs-küyə oyanan ev sahibi yırtıcı heyvanları həyətdən qova bilib. Bundan sonra məlum olub ki, kənd sakinin qoyunlarından üçünü canavarlar parçalayaraq öldürüb. Yırdıcılar digər yeddi baş qoyuna ağır cəsarət yetiriblər.

Yaralı heyvanlara yardım edilərək quduzluq əleyhinə iynələr burulub. Canavarların öldürdüyü heyvanlar Rayon Baytarlıq idarəsinin sahə nümayəndələrinin nəzarəti altında yandırılaraq basdırılıb. 

Son xəbərlər

Orphus sistemi