Azərbaycanda baş redaktor üç gün ərzində iki dəfə qəzaya düşüb
Hadisə
- 04 may, 2022
- 09:37
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"Publika.az" saytının baş redaktoru Aqil Lətifov üç gün ərzində iki dəfə qəzaya düşüb.
Bu barədə "Report"a baş redaktorun özü məlumat verib.
O bildirib ki, mayın 2-də paytaxt ərazisində "VAZ-2107" markalı avtomobil əks yola çıxaraq idarə etdiyi maşınla toqquşub. Həmin vaxt avtomobilinə zərər dəysə də, özü xoşbəxtlikdən xəsarət almayıb.
İkinci hadisə isə bu gün paytaxt ərazisində qeydə alınıb:
"Əyləşdiyim taksi ilə yük maşını toqquşdu. Nəticədə ayağım üç yerdən möhkəm əzildi".
A.Lətifov söyləyib ki, daha sonra xəstəxanada ilkin tibbi yardım göstərilərək ambulator müalicə üçün buraxılıb.
Son xəbərlər
14:49
TIF Almatı hava limanının modernləşdirilməsi ilə nəqliyyat infrastrukturuna investisiya yatırır
İnfrastruktur14:44
Foto
Video
Ağsuda dağlıq ərazidə yanğın başlayıb
Hadisə14:36
İspaniyalı diplomat Fələstinlə bağlı bəyanata görə İsrail XİN-ə çağırılıb
Digər ölkələr14:35
Aİ ukraynalı uşaqların Rusiyaya aparılmasına görə 10 şəxsə və 17 təşkilata sanksiya tətbiq edib
Digər ölkələr14:31
Məmmədli qəsəbəsində qadın qətlə yetirilib, əri şübhəli bilinir
Hadisə14:27
Hindistanda şiddətli yağışlar səbəbindən 80-dən çox insan ölüb - YENİLƏNİB
Digər ölkələr14:25
Girne sahillərində batan gəmidə itkin düşən daha iki nəfərin meyiti tapılıb
Region14:19
"Murov Az Terminal" voleybolçu Anastasiya Baydyuku transfer edib
Komanda14:19