Azərbaycan Milli Bankının ilk sədri vəfat edib - YENİLƏNİB

Azərbaycan Milli Bankının ilk sədri vəfat edib - YENİLƏNİB Qalib Ağayevin yas mərasimi bu gün keçiriləcək
Hadisə
22 Sentyabr , 2015 10:32
Azərbaycan Milli Bankının ilk sədri vəfat edib - YENİLƏNİB

*** 09:17

Bakı. 22 sentyabr. REPORT.AZ/ Azərbaycanda vəzifəli bank işçisi dünyasını dəyişib. “Report”un xəbərinə görə, “Expressbank” ASC-nin Müşahidə Şurası sədrinin müşaviri Qalib Ağayev vəfat edib.

Qeyd edək ki, Qalib Ağayev Azərbaycan Milli Bankının (indiki Mərkəzi Bank - "Report" ) birinci sədri olub. İxtisasca maliyyəçi olan Q.Ağayev 13 iyul 1941-ci ildə Bakıda dünyaya gəlib. O, 1992-ci ildən Azərbaycan Milli Bankının birinci sədri olub.

Q.Ağayevin yas mərasimi bu gün saat 14:00-da Süleyman Vəzirov-11 ünvanında keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi