Azərbaycanda atılan körpələrin sayı açıqlanıb

Azərbaycanda atılan körpələrin sayı açıqlanıb Onların çoxu oğlanlardır
Hadisə
23 Avqust , 2016 11:38
Azərbaycanda atılan körpələrin sayı açıqlanıb

Bakı. 23 avqust. REPORT.AZ/ Azərbaycanda körpələr evində 3 yaşadək olan uşaqların sayı artıb.

Dövlət Statistika Komitəsindən (DSK) "Report"a verilən məlumata görə, ötən il körpələr evində 3 yaşadək olan uşaqların sayı 57 nəfər olub ki, onlardan 43,9 faizini qızlar, 56,1 faizini isə oğlanlar təşkil edib.

2014-cü ildə körpələr evində olan 3 yaşadək uşaqların sayı 45 nəfər olub. Onlardan 46,7 faizini qızlar, 53,3 faizni oğlanlar təşkil edib.

2013-cü ildə bu rəqəm 62, 2012-ci ildə 64 nəfər olub.

2011-ci ildə körpələr evində 3 yaşadək olan uşaqların sayı 55 nəfər olub ki, onların da 52,7 faizi oğlan uşaqları olub.

Qeyd edək ki, körpələr evləri kimsəsiz uşaqların saxlanılması üçün nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi