Azərbaycanda arvadını qətlə yetirən şəxs polisə təslim olub

Azərbaycanda arvadını qətlə yetirən şəxs polisə təslim olub Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar aparılır ​
Hadisə
31 Oktyabr , 2016 11:59
Azərbaycanda arvadını qətlə yetirən şəxs polisə təslim olub

Bakı. 31 oktyabr. REPORT.AZ/ Qəbələ rayonunda qətl hadisəsi baş verib. "Report"un məlumatına görə, hadisə oktyabrın 30-da rayonun Kürd kəndi ərazisində qeydə alınıb. 

Belə ki, həmin kəndin sakini Xəyal Verdiyev ailə-məişət münaqişəsi zəmnində həyat yoldaşı Səbinə Verdiyavanı boğaraq qətlə yetirib.

Hadisədən sonra X.Verdiyev könüllü Qəbələ Rayon Polis Şöbəsinə (RPŞ) gələrək könüllü şəkildə istintaqa təslim olub. 

Faktla bağlı Qəbələ RPŞ-də cinayət işi başlanıb, araşdırmalar aparılır.

Son xəbərlər

Orphus sistemi