Azərbaycanda ana 2 yaşlı oğlunu boğaraq öldürüb

Azərbaycanda ana 2 yaşlı oğlunu boğaraq öldürüb 24 yaşlı qadın oğlunun meyitini xəstəxanaya apararaq onun qidadan zəhərləndiyini bildirib
Hadisə
25 Dekabr , 2014 13:17
Azərbaycanda ana 2 yaşlı oğlunu boğaraq öldürüb

Bakı. 25 dekabr. REPORT.AZ/ Lənkəran rayonunda dəhşətli hadisə baş verib. Hüquq-mühafizə orqanlarından “Report”a bildirilib ki, rayonun Digah kənd sakini 1990-cı il təvəllüdlü Sevinc Bayramova 2012-ci ildə anadan olmuş oğlu Məhəmməd Bayramovu boğaraq öldürüb.

Belə ki, S.Bayramova oğlunun meyitini xəstəxanaya apararaq onun qidadan zəhərləndiyini bildirib və həkimlərdən yardım istəyib. Lakin həkimlər ölmüş uşağın boğazında əl izlərini görərək anadan şübhələniblər. Dərhal hüquq-mühafizə orqanlarına məlumat verilib. Məlum olub ki, ana öz oğlunu əlləri ilə boğaraq öldürüb.

S.Bayramova həbs edilib. Hadisənin detalları barədə əlavə məlumat verilməyib.

Son xəbərlər

Orphus sistemi