Azərbaycanda adı "Qırmızı kitab"a düşən quşları ovlayan şəxs tutulub - FOTO

Azərbaycanda adı "Qırmızı kitab"a düşən quşları ovlayan şəxs tutulub - FOTO Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır
Hadisə
6 Dekabr , 2016 14:19
Azərbaycanda adı Qırmızı kitaba düşən quşları ovlayan şəxs tutulub - FOTO

Biləsuvar. 6 dekabr. REPORT.AZ / Biləsuvar rayonunda adı "Qırmızı kitab"a düşən quşları qanunsuz olaraq ovlayan şəxs tutulub. 

"Report"un Aran bürosunun məlumatına görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının qanunsuz ov edənlərə qarşı keçirdiyi reyd zamanı rayonun Nəsimikənd kənd sakini Cavid Qasımov tutulub. 

Məlum olub ki, rayonun Şəhriyar adlanan ərazisində qanunsuz ov edən C.Qasımov adı "Qırmızı kitab"a düşən 13 ədəd Bəzgək quşunu ovlayıb. Onun istifadə etdiyi ov tüfəngi qeydiyyatsız olduğu üçün polis tərəfindən götürülüb. 

Qeyd edək ki, C.Qasımovun ovladığı Bəzgək quşlarının sayı azaldığı üçün 1989-cu ildə adı "Qırmızı kitab"a daxil edilib. Hazırda həmin quşların qanunsuz ovlanan hər birinə görə 330 manat cərimə nəzərdə tutulub. 

Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanıb, araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi