Azərbaycanda 6 nəfər dəm qazından zəhərlənib
Hadisə
- 22 dekabr, 2014
- 10:16
Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanda 6 nəfər dəm qazından zəhərlənib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Abşeron rayonunun Məhəmmədi qəsəbəsində kirayədə yaşayan Günel Salmanova dəm qazından zəhərlənərək ölüb.
Gəncə şəhərində isə 5 nəfər dəm qazından zəhərlənib. Belə ki, Gəncədə Lalə Məmmədova, İlahə Quliyeva, Gülşən Məmmədova, Ofeliya Məmmədova və onun qardaşı Sirac dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib və ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.
Qeyd olunan faktlarla bağlı araşdırmalar aparılır.
Son xəbərlər
10:16
Azərbaycanda duru bitki yağları istehsalı artıb, marqarin istehsalı isə azalıb
Sənaye10:13
Əməkdar jurnalist Nurani vəfat edib
Media10:06
Rusiya Kiyevdə dəmir yoluna ballistik zərbə endirib
Digər ölkələr10:05
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb
Hadisə10:03
"Aston Villa" Leon Qoretska ilə danışıqlara başlayıb
Futbol09:50
Azərbaycanda 7 ayda kolbasa istehsalı 12 %-dən çox artıb
Sənaye09:40
Azərbaycanda meyvə şirəsi istehsalı təxminən 5 % azalıb
Sənaye09:39
Rusiyada PUA zərbəsi nəticəsində "Ozon"un anbarında yanğın baş verib, xəsarət alanlar var - YENİLƏNİB
Region09:20