Azərbaycanda 5200 nəfəri aldadan mühafizə şirkətinin direktoru apellyasiya şikayəti verib

Azərbaycanda 5200 nəfəri aldadan mühafizə şirkətinin direktoru apellyasiya şikayəti verib Məhkəmənin növbəti iclası avqustun 13-nə təyin edilib
Hadisə
11 Avqust , 2018 17:53
Azərbaycanda 5200 nəfəri aldadan mühafizə şirkətinin direktoru apellyasiya şikayəti verib

Bakı. 11 avqust. REPORT.AZ/ "Qala BTX" MMC adlı özəl mühafizə şirkətinin direktoru Vüqar Hüseynov, onun həyat yoldaşı Nəzakət Aşurova və daha 36 nəfərin hökmündən apellyasiya şikayəti verilib.

"Report"un xəbərinə görə, həmin şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Bundan başqa, cinayət işi üzrə bir neçə zərərçəkmiş də apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Bakı Apellyasiya Məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası avqustun 13-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci ildə Daxili İşlər Nazirliyi (DİN) iş adı altında vətəndaşları aldadan sahibkar haqqında məlumat yayıb. Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Aparılan araşdırmalarla müəyyən olunub ki, "General" MMC, daha sonra "Azər Mühafizə" MMC və "Qala BTX" MMC adlı özəl mühafizə şirkətlərinin direktoru V.Hüseynov adları çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb.

Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əmək haqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, ölkənin digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

Ümumilikdə, iş üzrə 38 nəfər təqsirləndirilən şəxs və 5200 nəfər isə zərərçəkmiş var.

Həmin şəxslər Cinayət Məcəlləsinin 162-1.2-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni əməllər təkrar törədildikdə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (rüşvət alma, təkrar törədildikdə), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 193-1.3.1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə), 218.3-cü (cinayətkar birlik (təşkilat) yaratma, bu Məcəllənin 218.1 və ya 218.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunurlar.

Cinayət işi üzrə Vüqar Hüseynov, onun həyat yoldaşı Nəzakət Aşurova, Kamil Bayramov, Mirabtalıb Cəfərov, Aydın Həsənov, Qorxmaz Mehdiyev, Fariz Babayev, Elşən Uzalov, Şahin Yolçuyev, Fərman Muradov, Elxan İsmayılov, Sənan Qasımov, Sərdar Seyidov, Xalid Qasımov, Orxan Vəlizadə, Emin Əzizov, Şahin Quliyev, Cəlal Mikayılov, İlham babayev, İlqar İlyasov, Tağı Məmmədov, Məmməd Həsənov və Malik Cəfərovun barəsində həbs qətimkan tədbiri, digər şəxslərin barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Hüseynov 15 il azadlıqdan məhrum edilib. Onun həyat yoldaşı Nəzakət Aşurovaya isə 9 il həbs cəzası verilib.

Təqsirləndirilən digər şəxslər - Qorxmaz Mehdiyev 10 il, Mirabtalıb Cəfərov 10 il, Kamil Bayramov 9 il, Aydın Həsənov 4 il, Fariz Babayev 4 il, Elşən Uzalov 8 il, Şahin Yolçuyev 8 il, Fərman Muradov 8 il 6 ay, Elxan İsmayılov 5 il 6 ay, Sənan Qasımov 9 il, Sərdar Seyidov 8 il 6 ay, Xalid Qasımov 3 il, Orxan Vəlizadə 9 il, Emin Əzizov 5 il 6 ay, Şahin Quliyev 8 il 6 ay, Cəlal Mikayılov 3 il, İlham Babayev 4 il, İqar İlyasov 8 il 6 ay, Tağı Məmmədov 8 il 6 ay, Məmməd Həsənov 8 il 6 ay, Malik Cəfərov 8 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmə əsasən, Nəriman Babayev 8 il 3 ay, Baba Babayev 8 il 3 ay, Ruslan Nəsirov 8 il 3 ay, Asif Abdullayev 8 il 3 ay, Məlik Məmmədov 8 il 3 ay, Xətai Tacəddinov 8 il 3 ay, Ərşad Əzimov 8 il 3 ay, Elşən Əzimov 8 il 3 ay, Elşən Qədirzadə 8 il 3 ay, Mövlan Süeymanov 8 il 3 ay, Müseyib Müseyibov 8 il 3 ay, Rəşid Heydərov 8 il 3 ay, Mübariz Sadıqov 8 il 3 ay, Səbuhi Sadıqov 8 il 3 ay və Cavid Abdullayev də 8 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti hökm) maddəsi tətbiq edilib və şərti cəza verilib.

Şərti cəza alan şəxslərin barəsində istintaq dövründə həbs qətimkan tədbiri seçilməmişdi.

Son xəbərlər

Orphus sistemi