Azərbaycanda 4 yaşlı uşaq avtomobildə yanaraq öldü - VİDEO - YENİLƏNİB
- 24 mart, 2020
- 14:06
Ucra rayonunda avtamobildə 4 yaşlı körpənin ölümü ilə nətcələnən yanğının təfərrüatı məlum olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə zamanı 2016-cı il təvəllüdlü İsmət Hikmət oğlu Kərimov yanaraq dünyasını dəyişib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Məlumata görə, avtomobil elektrik sistemində nasazlıq olduğuna görə yanıb. Uşağın isə avtomobildə olmasından xəbərsiZ olan valideynləri avtomobil tamamilə yandıqdan sonra içərisində uşağın yanmış meyitini aşkar ediblər.
Meyit avtomobildən çıxarılaraq Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
*** 15:04
Ucar rayonunda bədbəxt hadisə baş verib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Təzə Şilyan kəndində qeydə alınıb.
Belə ki, "VAZ-2106" markalı avtomobil qəfildən alışıb. Bu zaman avtomobildə olan 4 yaşlı uşaq yanaraq ölüb. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Təcili Tibbi Yardım Stansiyasının həkimləri cəlb olunub.
Faktla bağlı araşdırmalara başlanılıb.