Azərbaycanda 21 nəfər qanunsuz miqrant saxlanılıb

Azərbaycanda 21 nəfər qanunsuz miqrant saxlanılıb Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir
Hadisə
20 Fevral , 2018 17:23
Azərbaycanda 21 nəfər qanunsuz miqrant saxlanılıb

Bakı. 20 fevral. REPORT.AZ/ Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.

Xidmətdən "Report"a verilən məlumata görə, fevralın 16-da və 19-da keçirilən növbəti tədbirlər zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək müvafiq yaşama icazələri alan, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları aşkar edilən 11 nəfər Pakistan İslam Respublikası, 6 nəfər Banqladeş və 4 nəfər Hindistan vətəndaşı saxlanılıblar. 

Həmin şəxslər gəlişlərinin bəyan edilən məqsədlərini pozduqları üçün Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdiriliblər. 

Hazırda onların ölkədən çıxarılmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi