Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlərin realizə edilməsinin qarşısı alınıb

Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlərin realizə edilməsinin qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
14 Aprel , 2017 10:29
Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilmiş siqaretlərin realizə edilməsinin qarşısı alınıb

Bakı. 14 aprel. REPORT.AZ/ Dövlət Gömrük komitəsi (DGK) Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbirləri nəticəsində, ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, “VAZ-2106” markalı, “50CL657” dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı şəhəri, Nərimanov rayonu ərazisində saxlanılıb və avtomobilə gömrük baxışı keçirilib.

Yoxlama zamanı, avtomobildə Azərbaycan Respublikasının vətəndaşı Zülfüqar Əyyub oğlu Tapdıqovun satdığı 29.200 ədəd aksiz markasız xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi