Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkar edilib

Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkar edilib Bakı. 13 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin Sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Hadisə
13 Aprel , 2018 09:37
Azərbaycan vətəndaşının daxili orqanında narkotik vasitə və psixotrop maddə aşkar edilib
Customs.gov.az

Bakı. 13 aprel. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin Sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn ölkə vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb. 

Bu barədə “Report”a DGK-dan məlumat verilib.

Yoxlama zamanı, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yarandığı üçün o, gömrük əməkdaşlarının müşayiəti ilə Astara Rayon Mərkəzi Xəstəxanasında tibbi müayinədən keçirilib. Nəticədə, vətəndaşın düz bağırsağında cəmi 4 ədəd bükümdə olmaqla, xalis çəkisi 99,869 qram narkotik vasitə - heroin və xalis çəkisi 31,686 qram psixotrop maddə - metamfetamin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi