Azərbaycan vətəndaşı Ukraynada ölümlə nəticələnən yol qəzası törətməkdə şübhəli bilinir

Azərbaycan vətəndaşı Ukraynada ölümlə nəticələnən yol qəzası törətməkdə şübhəli bilinir Bakı. 18 dekabr. REPORT.AZ/ Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərində iki nəfərin ölməsi ilə nəticələnən yol qəzasını törətməkdə ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.
Hadisə
18 Dekabr , 2018 13:05
Azərbaycan vətəndaşı Ukraynada ölümlə nəticələnən yol qəzası törətməkdə şübhəli bilinir

Bakı. 18 dekabr. REPORT.AZ/ Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərində iki nəfərin ölməsi ilə nəticələnən yol qəzasını törətməkdə ittiham olunan Azərbaycan vətəndaşı saxlanılıb.

Bu barədə "Report" Ukrayna KİV-inə istinadən xəbər verir.

Güc strukturlarındakı mənbənin məlumatına görə, iki piyadanın ölümü ilə nəticələnən qəzaya görə 25 yaşlı Nikbin Əliyev şübhəli bilinir. O, Pokrovskda yaşayır. 2012-ci ildən Ukraynada yaşamaq icazəsi var.

Qəza dekabrın 14-də axşam saatlarında meydana gəlib. VAZ markalı minik maşını piyada keçidindən yolu keçən 2 nəfəri vurub və hadisə yerindən qaçıb. Qəza nəticəsində piyadalar ölüb.

Artıq saxlanılan şəxs piyadaları vurduğunu etiraf edib və həbs olunub. İki piyadanın ölümünə görə onu 5 ildən 10 ilədək həbs cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi