Azərbaycan vətəndaşı sərhəddən qanunsuz kürü keçirmək istəyərkən saxlanılıb

Azərbaycan vətəndaşı sərhəddən qanunsuz kürü keçirmək istəyərkən saxlanılıb Hadisə Dağıstanın Məhərrəmkənd gömrük keçid məntəqəsində baş verib
Hadisə
23 Noyabr , 2015 16:03
Azərbaycan vətəndaşı sərhəddən qanunsuz kürü keçirmək istəyərkən saxlanılıb

Bakı. 23 noyabr. REPORT.AZ/ Dağıstan gömrükçüləri sərhəddən bəyannamə sənədində göstərilməmiş 6 kq-dan çox qara kürünü qanunsuz olaraq Rusiyaya keçirmək istəyən Azərbaycan vətəndaşını saxlayıb.

"Report" "Daqestanskaya Pravda" nəşrinə istinadən xəbər verir ki, hadisə Məhərrəmkənd gömrük keçid məntəqəsində baş verib. Azərbaycandan Rusiyaya keçmək istəyən vətəndaşların gömrük yoxlanışı zamanı onlardan birinin yükündə qeydiyyata salınmamış 6,4 kq qara kürü aşkarlanıb.

Qanunsuz keçirilməsinə cəhd edilən kürü müsadirə edilərək ekspertizaya göndərilib. Ekspertizanın nəticəsinə görə, inzibati və ya cinayət işinin açılacağına qərar veriləcək.

Son xəbərlər

Orphus sistemi