Azərbaycan vətəndaşı Rusiyada ömürlük həbs cəzasına məhkum edilib

Azərbaycan vətəndaşı Rusiyada ömürlük həbs cəzasına məhkum edilib Təqsirləndirilən şəxsin vəkilləri qərardan Rusiya Ali Məhkəməsinə şikayət edəcəklərini bildirib
Hadisə
14 Yanvar , 2016 11:31
Azərbaycan vətəndaşı Rusiyada ömürlük həbs cəzasına məhkum edilib

Bakı. 14 yanvar. REPORT.AZ/ Moskva Şəhər Məhkəməsi Azərbaycan vətəndaşı Xəlil Sarıyevi ömürlük həbs cəzasına məhkum edib. "Report" "Kommersant"a istinadən xəbər verir ki, buna X.Sarıyevin 2014-cü ilin aprelində ov tüfəngiylə polis kapitanı Sergey Jadobkini vuraraq öldürməsi səbəb olub.

Mərhum həmkarları ilə birlikdə həmyerlisinin qətlində şübhəli bilinən Sarıyevi elə onun mənzilində saxlamağa çalışıb. Amma müttəhim polisə təslim olmaq əvəzinə əməliyyatçılara sarı atəş açmağa başlayıb.

Polis kapitanının ölümü ilə cinayət işi böyük rezonanas alıb. Hətta Moskva Şəhər Məhkəməsində baş tutan ilkin müzakirələrdə şəxsən Moskva prokuroru Vladimir Çurikov iştirak edib.

Məhkəmənin hökmü oxumasından sonra təqsirləndirilən şəxsin vəkilləri qərardan Rusiya Federasiyasının Ali Məhkəməsinə şikayət edəcəklərini bildirib.

Son xəbərlər

Orphus sistemi