Azərbaycan vətəndaşı Kursk vilayətində FTX əməkdaşları tərəfindən saxlanılıb

Azərbaycan vətəndaşı Kursk vilayətində FTX əməkdaşları tərəfindən saxlanılıb Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan vətəndaşı Kursk vilayətindəki Sucan keçid məntəqəsində Rusiya Federasiyası ərazisinə daxil olmaq istəyərkən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə
24 Yanvar , 2018 14:25
Azərbaycan vətəndaşı Kursk vilayətində FTX əməkdaşları tərəfindən saxlanılıb

Bakı. 24 yanvar. REPORT.AZ/ Azərbaycan vətəndaşı Kursk vilayətindəki "Sucan" keçid məntəqəsində Rusiya Federasiyası ərazisinə daxil olmaq istəyərkən Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

"Report" Rusiya FTX-nin Kursk vilayəti üzrə idarəsinin mətbuat xidmətinə istinadən xəbər verir ki, aparılan tədbirlər nəticəsində saxlanılan şəxsin sağlamlığa qəsdən ziyan vurma maddəsi üzrə federal axtarışda olduğu müəyyənləşib.

Azərbaycan vətəndaşı saxlanıldıqdan sonra Rusiya Daxili İşlər Nazirliyinin Sucan rayonu üzrə idarəsinin əməkdaşlarına təhvil verilib.

Son xəbərlər

Orphus sistemi