Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlıq platformasının yaradılması təklif olunub

Hadisə
  • 07 iyun, 2019
  • 12:43
Azərbaycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlıq platformasının yaradılması təklif olunub

Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Tbilisidə QHT nümayəndələri ilə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyində baş tutmuş görüşdə Gürcüstanın və yerli azərbaycanlıların təmsil olunduqları ictimai təşkilatların nümayəndələri iştirak ediblər.

Görüşdə Azərbaycan və Gürcüstan QHT-ləri arasındakı mövcud əlaqələr və əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

A.Quliyev Azərbycan və Gürcüstan QHT-ləri arasında əməkdaşlıq platformasının yaradılmasını təklif edib. Onun sözlərinə göə, platforma çərçivəsində iki ölkə arasındakı münasibətlərə dair müxtəlif müzakirə və fikir mübadilələri aparıla bilər: “Platforma hər iki ölkənin vətəndaş cəmiyyətini narahat edən məsələlərin aidiyyəti üzrə hökumətlər qarşısında qaldırılmasını da təmin edə bilər”.

Gürcüstanın QHT nümayəndələri azərbaycanlı həmkarları ilə əməkdaşlığa hazırlıqlarını ifadə ediblər. Onlar qeyd ediblər ki, bu əməkdaşlıq Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə böyük töhfə verə bilər. 

Son xəbərlər

Bütün Xəbər Lenti