Azərbaycan sambo yığması Avropa çempionatında daha bir medal qazanıb

Hadisə
  • 20 may, 2018
  • 04:39
Azərbaycan sambo yığması Avropa çempionatında daha bir medal qazanıb

Bakı. 20 may. REPORT.AZ/ Yunanıstanın paytaxtı Afinada keçirilən Avropa çempionatında Azərbaycan sambo yığması daha bir medal qazanıb.

"Report"un məlumatına görə, ikinci yarış günündə Mehman Xəlilov fəxri kürsüyə yüksəlib. 57 kq çəkidə yer alan Xəlilov bürünc medalla kifayətlənib.

İlk yarış günündə Emil Həsənov (68 kq) və döyüş samboçusu Nəbi Məmmədov (100 kq) bürünc medala sahib çıxıb.