Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib

Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib Bakı. 17 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsi əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısını alıb.
Hadisə
17 Mart , 2018 14:40
Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitə aşkar edib
Customs.gov.az

Bakı. 17 mart. REPORT.AZ/ Dövlət Gömrük Komitəsinin (DGK) Tovuz Gömrük İdarəsi əməkdaşları külli miqdarda narkotik vasitənin Azərbaycana gətirilməsinin qarşısını alıb.

“Report” Komitəyə istinadən xəbər verir ki, idarənin "Sınıq-Körpü" gömrük postunda Türkiyədən Azərbaycana piyada sərnişin idxal xətti ilə gələn ölkə vətəndaşları - Hüseynov Nizami Çingiz oğlu, Rzayev Kamran Əli oğlu və Məmmədov Tural Kəramət oğluna məxsus əl yüklərinə piyada idxal xəttində quraşdırılmış "Heimann X-RAY" markalı rentgen aparatında gömrük nəzarəti həyata keçirilib.

Baxış zamanı gömrük nəzarətinə təqdim olunmuş bir ədəd "Fantom" markalı tozsoranın qutusunun içərisində gömrük nəzarətinə bəyan edilməyən mal olduğu aşkarlanıb. Qeyd olunan tozsoran avadanlığının içərisində sellofan paketə bükülü vəziyyətdə dərman preparatlarının olduğu müəyyənləşdirilib. Məlum olub ki, həmin dərman preparatları 903 (doqquz yüz üç) ədəd, ürək formalı, narkotik vasitə olan ekstazidir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi