Gədəbəydə Ermənistanla sərhədyanı ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Gədəbəydə Ermənistanla sərhədyanı ərazidəki yanğın söndürülüb - YENİLƏNİB Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib.
Hadisə
14 Noyabr , 2023 00:42
Gədəbəydə Ermənistanla sərhədyanı ərazidəki yanğın söndürülüb - YENİLƏNİB

Gədəbəy rayonunun Novoivanovka kəndi yaxınlığında dağlıq ərazidə quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

16:10

Gədəbəy rayonunun Çiçəkli və İvanovka kəndləri yaxınlığında, Ermənistanla həmsərhəd ərazidə yanğın hadisəsi baş verib.

Bu barədə "Report"a Meşələrin İnkişafı Xidmətinin rəisi Cabbar Qəribov bildirib.

Onun sözlərinə görə, hazırda Regional Meşə Təsərrüfatı Mərkəzinin və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının Ermənistanla həmsərhəd ərazidə yerləşən Çiçəkli və İvanovka kəndləri yaxınlığındakı meşə ərazisinə keçməməsi üçün təxirəsalınmaz tədbirlər görülür.

Son xəbərlər

Orphus sistemi