Azərbaycan ərazisində növbəti dəfə zəlzələ olub

Azərbaycan ərazisində növbəti dəfə zəlzələ olub Zəlzələnin 3,2 maqnituda gücündə olduğu və hiss edilmədiyi bildirilir
Hadisə
24 Noyabr , 2017 07:43
Azərbaycan ərazisində növbəti dəfə zəlzələ olub

Bakı. 24 noyabr. REPORT.AZ/ Azərbaycanda növbəti dəfə zəlzələ olub.

"Report" AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 04:02-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələnin 3,2 maqnituda gücündə olduğu və hiss edilmədiyi bildirilir. Yeraltı təkanlar 58 km dərinlikdə qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi