Bakı. 11 noyabr. REPORT.AZ/ Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr dəyişikliyi olub. Bu barədə "Report"a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Belə ki, daxili işlər naziri general-polkovnik Ramil Usubovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama Təcridxanasının rəisi, polis mayoru Faiq Həsənov işdən azad olunub. Nazirin digər əmri ilə F.Həsənov Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinə (NMB) rəis təyin edilib.
Xatırladaq ki, F.Həsənov bir müddət Binəqədi RPİ-də NMB-nin də rəisi vəzifəsində işləyib.