Bakı. 6 noyabr. REPORT.AZ/ Bakı Şəhər Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsinə yeni rəis təyin edilib. “Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu vəzifəyə Etibar Ağakişiyev təyinat alıb.
O, indiyədək Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin rəis müavini vəzifəsini icra edib.
Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin rəis müavini vəzifəsinə isə Yunus Ələsgərov təyin edilib.