“Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş polkovnikinin daha bir məhkəməsi başlayıb

“Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş polkovnikinin daha bir məhkəməsi başlayıb Məhkəmə iclası sentyabrın 12-dək təxirə salınıb
Hadisə
11 Sentyabr , 2017 13:40
“Azərbaycan Dəmir Yolları” QSC-nin keçmiş polkovnikinin daha bir məhkəməsi başlayıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının sabiq rəisi, polkovnik Əlövsət Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report”un məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Ə.Məhərrəmovun məhkəməyə gətirilmədiyi elan olunub.

Hakim bildirib ki, Ə.Məhərrəmovun barəsində daha bir cinayət işi başlanılıb və hazırda Nəsimi Rayon Məhkəməsində onun məhkəməsi gedir. O, Cinayət Məcəlləsinin 178-ci maddəai ilə ittiham edilir.

Məhkəmə iclası sentyabrın 12-dək təxirə salınıb.

Qeyd edək ki, Ə.Məhərrəmovun vətəndaşları aldatması halları 2014-cü ilin sonlarında çoxsaylı şikayətlərdən sonra məlum olub. O, 2015-ci ilin fevralında həbs edilib.

Araşdırma zamanı məlum olub ki, Ə.Məhərrəmov 90 nəfərdən çox vətəndaşa özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onları işə düzəldəcəyi vədini verib. O, həmin şəxslərin pullarını alıb, sonradan verdiyi vədə əməl etməyib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir.

Son xəbərlər

Orphus sistemi