Azərbaycan 2 il İƏT ölkələri gənclər və idman nazirləri konfransına sədrlik edəcək

Azərbaycan 2 il İƏT ölkələri gənclər və idman nazirləri konfransına sədrlik edəcək Bakı. 18 aprel. REPORT.AZ/ Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri gənclər və idman nazirləri konfransının IV sessiyası başlayıb.
Hadisə
18 Aprel , 2018 11:50
Azərbaycan 2 il İƏT ölkələri gənclər və idman nazirləri konfransına sədrlik edəcək
Report/ Firi Salim

Bakı. 18 aprel. REPORT.AZ/ Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri gənclər və idman nazirləri konfransının IV sessiyası başlayıb.

"Report" xəbər verir ki, konfrans öncəsi yüksək məmurların toplantısı keçirilib. 

İclasda Nazirlər Konfransının gündəliyinə daxil olan əsas qərar və qətnamələrlə bağlı ilkin razılaşma və konsensusun əldə olunması, qəbul olunacaq qətnamələrin layihələri üzrə qərarların qəbul edilməsi müzakirə olunub.

Daha sonra sessiyanın əvvəlki Nazirlər Toplantısına rəhbərlik etmiş Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak konfransda sədrliyin Azərbaycana təhvil verildiyini elan edib.

Bundan sonra İƏT gənclər və idman nazirləri konfransının növbəti 2 il üçün sədrliyi Azərbaycanın gənclər və idman naziri Azad Rəhimova təqdim olunub.

Toplantıda 40-a yaxın İƏT ölkəsini təmsil edən nümayəndə heyətlərində gənclər və idman üzrə nazirlər, dövlət agentliyi və komitə sədrləri, eləcə də aparıcı beynəlxalq təşkilat nümayəndələri iştirak edir.

Tədbirdə İƏT gənclər strategiyası, gənclər fəaliyyəti və idman üzrə qətnamələr, nazirlər görüşünün növbəti V sessiyasının tarixi və yerinin müəyyən olunması ilə bağlı qərarın və yekun Bakı bəyannaməsinin qəbul edilməsi gözlənilir.

Qeyd edək ki, tədbir Azərbaycan Gənclər və İdman Nazirliyinin ev sahibliyi, İslam Əməkdaşlıq Təşkilatı, Dialoq və Əməkdaşlıq üzrə İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) və İslam Həmrəyliyi və İdman Federasiyasının (İƏT İdman Federasiyası) birgə təşkilatçılığı ilə keçirilir. 

Son xəbərlər

Orphus sistemi