“Azəravtoyol” ASC-nin avtomobili qəzaya düşüb, bir nəfər yaralanıb

“Azəravtoyol” ASC-nin avtomobili qəzaya düşüb, bir nəfər yaralanıb Faktla bağlı araşdırma aparılır
Hadisə
11 Aprel , 2017 10:03
“Azəravtoyol” ASC-nin avtomobili qəzaya düşüb, bir nəfər yaralanıb

Bakı. 11 aprel. REPORT.AZ/ Bakıda “Azəravtoyol” ASC-nin əməkdaşı yol qəzası zamanı ağır xəsarət alıb.

“Report”un xəbərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, “Karl Marks dairəsi” kimi tanınan ərazidə “Qazel” markalı yük avtomobili ilə 1963-cü il təvəllüdlü Yusifov Maarif Baxış oğlunun idarə etdiyi “Azəravtoyol” ASC-yə məxsus xidməti avtomaşın toqquşub. Nəticədə ASC-nin əməkdaşı M.Yusifov ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisənin qeydə alındığı əraziyə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları cəlb edilib. İlkin ehtimala görə, qəzaya səbəb “Qazel” markalı yük avtomobili olub. Belə ki, yük avtomobilinin sürücüsü STOP nişanının tələblərini pozaraq birbaşa dairəyə daxil olub və hərəkətini davam etdirib. Nəticədə yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi